Qənirə Paşayeva gürcülərlə görüşüb

qenire-pasayeva-gurculerle-gorusub
Oxunma sayı: 730

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili həmçinin Avropa Şurasında Gürcüstanın dövlət müstəqilliyinin 20 illiyi, bu ölkənin ilk Konstitusiyasının qəbulunun 90 illiyi və Konstitusiya Məhkəməsinin qurulmasının 15 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə də iştirak edərək, Azərbaycan Parlamentinin və Dostluq qrupunun təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Gürcüstan parlament üzvləri və Parlamentlərarası Dostluq qrupu bundan sonra da ölkələrimiz arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva tədbir çərçivəsində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Georgi Popuaşvili ilə də görüşüb və ona Dostluq Qrupu adından təbriklərini çatdırıb.