Qənirə Paşayeva iraqlı deputatlarla görüşdü

qenire-pasayeva-iraqli-deputatlarla-gorusdu
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, görüşdə İlham Məmmədov Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixə malik olduğunu və dövlətimizin müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimizin daha da genişləndiyini qeyd edib. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirib.

Qənirə Paşayeva da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib. Millət vəkili Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bu istiqamətdə son vəziyyət barədə qonaqlara ətraflı məlumat verib.

İraqlı deputatlar Azərbaycana səfəri zamanı ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulayıb və İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduqlarını bildiriblər.

Görüşdə Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Sonunda qonaqlara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və hədiyyələr təqdim edilib.