Qeydiyyata alınan təşkilatların sayı açıqlandı

qeydiyyata-alinan-teskilatlarin-sayi-aciqlandi
Oxunma sayı: 733


Bu müddət ərzində 5042 hüquqi şəxs qeydiyyata alınıb. Onlardan da 945-i dövlət mülkiyyətinə, 4097-si xüsusi mülkiyyətə aid olub. Xüsusi mülkiyyətə malik olan müəssisələrin 279-u tam xarici investisiyalı, 71-i isə birgə müəssisədir.

“Qafqazinfo”nun xəbərinə görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, yeni müəssisələrin 47,8 faizi Bakıda, 11,6 faizi Aran, 8,6 faizi Lənkəran, 8,1 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-iyun aylarında 38581 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.