Qəzzafi axtarılır

qezzafi-axtarilir
Oxunma sayı: 633

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, müxalifətin Binqazidə qurduğu Milli Keçid Şurası, Trablusa daşınma hazırlıqları sırasında Müammər Qəzzafiyə son zərbəni vurmaq üçün də bütün üsulları götür-qoy edir.

Müammər Qəzzafinin Bab əl-Əzizdəki qərargahını ələ keçirən nümayişçilər, Trablusda hələ də hakimiyyətə tam sahib deyillər. Qərargah yaxınlığındakı Əbu Səlim məhəlləsində müqavimət göstərən diktatorun tərəfdarları aerodroma gedən yolu da snayper atəşi altında nəqliyyatın hərəkətinə bağlı vəziyyətdə saxlayırlar. Bab əl-Əziz müxaliflərin coşğunluğuna səhnə olub.
Müxalifət qüvvələri Trablusdakı beynəlxalq aeroporta nəzarət etdiklərini iddia edir. Lakin yayılan xəbərlərdən bölgədə hələ də qarşıdurma olduğu məlum olur. Hava limanına gedən yolun Qəzzafi tərəfdarlarının güclü atəş altında saxladığı bildirilir.
Milli Keçid Şurası yaxın zamanda bütün Liviyada nəzərati ələ alacaqları barədə xəbərlər yayır.