Qırğızıstanda “28 May”

qirgizistanda-28-may
Oxunma sayı: 684

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Qırğız Respublikasının deputatları, Qırğızıstanda akkreditə olunmuş səfirlik və nümayəndəliklər, Qırğız-Türk “Manas” Universitetinin rəhbərliyi, soydaşlarımız, yerli ictimai-siyasi xadimlər, eləcə də yerli və xarici kütləvi informasiya vasitələri və digər ictimai təşkilatlar da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Arif Ağayev Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmasını və bu respublikanın millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Qırğızstanın Xarici İşlər Nazirliyinin stats-katibi Asein İsayev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-ci ildönümü münasibətilə Azərbaycan xalqını Qırğızıstan hökuməti və öz adından təbrik edərək, Qırğızıstanda Azərbaycan səfirliyinin açılmasının iki ölkənin siyasi-iqtisadi, və o cümlədən mədəni əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edib.

Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilib.

Nərgiz Ehlamqızı