“Qiyamət də bir gün belə gələcək...” - Elnarədən dünənki yağışa reaksiya

qiyamet-de-bir-gun-bele-gelecek
Oxunma sayı: 6475

Müğənni Elnarə Xəlilova ötən gün yağan güclü leysanla bağlı  sosial şəbəkədə paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, Bakı küçələrinin görüntüsünü yayan sənətçi videoya müzakirələrə səbəb olan şərh yazıb:

“Qiyamət də bir gün belə gələcək... Onda da FHN çağıracaqsız? Neyləsin FHN? Bütün dünyada katoklizmlər baş verir. Hər yanı sel yuyub aparır. Buna təbii fəlakət deyirlər. Allah da istəyir yusun günahlarımızı, su yetmir. Şikayət etməyin. Dua edin! Bunların hamısı xəbərdarlıqdır”.