“Qızıl top” kimin olacaq?

qizil-top-kimin-olacaq
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, hazırda “Qızıl top”a namizəd olaraq 23 futbolçunun adı açıqlanıb. Lakin potensial namizədlər kimi Messi və Cristiano Ronaldo göstərilir.

2013-cü ilin yanvar ayında Sürixdə keçiriləcək mükafatlandırılma mərasimdə “lin texniki direktoru” da müəyyənləşəcək. İlin texniki direktoru kimi isə 10 namizəd müəyyənləşib.

Eyni zamanda mərasimdə “ilin qolu”nu atan futbolçuya da mükafat veriləcək.

FİFA bu ilin 23 noyabrında namizəd siyahısını yeniləyəcək. Belə ki, 23 nəfərlik futbolçu siyahısı ilə 10 nəfərlik texniki direktorluğa namizədlər siyahısını 3 nəfərə endirəcək.

Qeyd edək ki, “Qızıl top” və ilin texniki direktoru mükafatının qalibi səsvermə ilə müəyyənləşəcək. Səsvermədə milli komandaların texniki direktorları, kapitanları və “France Football” jurnalı tərəfindən müəyyənləşəcək media nümayəndələri iştirak edəcək.

Sevinc