Qızıla gedən yol... - Yenilənir

qizila-geden-yol
Oxunma sayı: 2469

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. 

“Qafqazinfo” xəbər verir ki, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır. 

Güləş yarışlarının üçüncü günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışacaq. 

57 kq 

1/4 final - Tambi Nforsong (CMR) - Mahir Əmiraslanov 

65 kq

1/8 final - Cumba Mabali (GBS) - Məhəmməd Müslümov 

74 kq 

1/8 final - P.Yarahmadi (İRİ) - Cəbrayıl Həsənov 

97 kq

1/4 final - Y.Melejayev (TKM) - Nurməhəmməd Qadziyev 

İlkin görüşlər saat 10:00-da, final görüşləri isə saat 18:00-da başlayacaq.

***

Məhəmməd Müslümov 1/8 finalda Fil dişi sahilili Abbe Achi İnnosent üzərində 11:0 hesablı qələbə qazanaraq 1/4 finala adlayıb.

***

Məhəmməd Müslümov 1/4 finalda qabonlu Cumba Mabalini udaraq yarımfinala çıxıb.

***

Cəbrayıl Həsənov 1/8 finalda iranlı Peyman Yarrahmadiyə uduzaraq mübarizəni dayandırıb.

***

Mahir Əmiraslanov 1/4 finalda kamerunlu Tambi Rolanda 16:4 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

***

Məhəmməd Müslümov yarımfinalda qalib gələrək finala adlayıb.

***

Nurməhəmməd Məmmədov 1/4 finalda Türmənistan güləşçisi Yusup Melejayevə qalib gələrək yarımfinala adlayıb.

***

Mahir Əmiraslanov yarımfinalda türkiyəli Uzun Nəbi üzərində 15:2 hesablı qələbə qazanaraq finala adlayıb.

***

Nurməhəmməd Qadziyev suriyalı karem Abdallaha qalib gələrək finala çıxıb. 

***

Mahir Əmiraslanov finalda qazaxıstanlı Zhandos İsmailovu udaraq qızıl medal qazanıb.

***

Məhəmməd Müslümov 65 kq çəkidə iranlı Meisam Nasiriyə uduzaraq gümüş medal qazanıb.

Fotolar: Nuran Məmmədov