“Qızlarıma görə 35 yaşımda evləndim”

qizlarima-gore-35-yasimda-evlendim
Oxunma sayı: 3272

“Övladlarımı çətinliklə böyütmüşəm. Əsas da Aysunu... O, mənimlə bir yerdə əzablar görüb. Mən övladıma elə tərbiyə verməmişəm ki, mənə “stop” qoysun. Övladım mənə belə edə bilməz. Aysunun 20 yaşı var. Bütün çətinliklərim onun gözünün qarşısında baş verib. Aysun mənim yaşadıqlarımdan nəticə çıxarır, özü-özünə "stop"lar qoyur”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayilova “Stop” verilişinə qonaq olarkən deyib. Əkizlərə hamilə olan ifaçı həyat yoldaşı Fazil Əmiraslanovun arzusunu yerinə yetirdiyini bildirib:

“Mənim iki övladım var. Həm dost, həm insan, həm də övladlarıma arxa çıxdığı üçün həyat yoldaşımı çox sevirəm. Onun arzusunu yerinə yetirirəm. Əkiz övladlar dünyaya gətirəcəm. Zamanında borcum və çətinliyim də olub... Allah mənim qarşıma elə bir insan çıxartdıb ki, bu gün çox şükür bir qadın kimi xoşbəxtəm. Hər bir qadına nəsib olmur ki, 35 yaşından sonra xoşbəxt olsun. Qızlarımın gələcəklərini düşünüb evlənmişəm”.