QMİ-dən iftar açıqlaması - “Təzəpir məscidində hər gün...”

qmi-den-iftar-aciqlamasi
Oxunma sayı: 2686

“Təzəpir məscidində hər gün iftar süfrəsi açılır. İftar süfrəsini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib.

Q. Cavadlının sözlərinə görə, imkansız şəxslər üçün iftar süfrəsi məscidin mərasim zalında gerçəkləşir: “Həmin ərazidə yaşayan imkansız ailələr orada gəlib iftar açırlar”.

QMİ sözçüsü bildirib ki, imkansız şəxslər üçün iftar süfrəsi Ramazan bayramına qədər davam edəcək.