Qocalmadan yaşlanmaq üçün nə etməli?

qocalmadan-yaslanmaq-ucun-ne-etmeli
Oxunma sayı: 3806

Yaşlanmaqmı, yoxsa qocalmaqmı?

 “Qafqazinfo” Ankara Güvən Xəstəxanasının məsləhətçi həkimi, beynəlxalq marketinq və biznesin inkişafı üzrə mütəxəssis Turxan Namazovun yaşlanma ilə bağlı müəllif yazısını təqdim edir:

Artan yaşlı nəslin iqtisadiyyat üçün yaratdığı təhlükəni necə fürsətə çevirməli

Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən yaşlılıq dönəmi 65 yaşın üzərindədir. Dünyada eləcə də ölkəmizdə hər gün yaşlıların sayı artmaqdadır.

Yaşın artması unutqanlıq, yüksək təzyiq, narahatlıq, diabet, idrar qaçırtma  kimi problemlərə səbəb olur. Eyni zamanda, bütün bu sağlamlıq problemləri ilə birlikdə həm də böyük iqtisadi məsələlərə gətirib çıxarır. Yaşlılarda ən sıx rast gəlinən və həyatı önəm daşıyan xəstəliklər ürək xəstəlikləri, serebrovaskuluyar xəstəliklər, ağciyər xəstəlikləri, süd vəzi xəstəlikləri və böyrək çatışmazlığıdır. Amma yaşlanmaq bir xəstəlik deyil və ya bütün yaşlılar xəstə deyil. İdrar qaçırtma, unutqanlıq, depressiya və digər sağlamlıq problemləri heç bir zaman yaşlanmanın təbii nəticəsi deyil.

Yaşlılıq eynilə uşaqlıq və gənclik dönəmi kimidir. Hər bir insan lazımi qədər yaşadıqda yaşlanır. Belə ki, insan ömrü ortalama 120 ilə 150 il arasında dəyişir. Yaşlanmanın sürəti və şəkli hər bir insanda, ayrı-ayrı orqanlarımızda dəyişir. İki eyni yaşlı insan bir-birindən tamamən fərqli görünə və ya fərqli həyat tərzi sürə bilər.

Burada genetik faktorlar, ətraf mühit və həyat tərzi yaşlanma sürətinə və formasına birbaşa təsir edir. Bizim hədəfimiz isə 120, 90, və yaxud 80 il yaşamaq deyil. Yaşadığımız ömrü sağlam şəkildə davam etdirməkdir. Yaşlananda yuxarıda sadalanan problemlərin yaranmaması üçün vaxtlı-vaxtında həkim müayinələrindən keçmək lazımdır. 

Müasir dövrün ən böyük trendlərindən biri və gəlirli olanı yaşlı adamlara xidmətdir. Evdə qulluq xidmətinin xəstəyə və xəstəxanaya həm maddi, həm də sağlamlıq cəhətdən faydası vardır. Belə ki, evdə qulluq xidməti xəstələrin xəstəxanada qalmaq müddətini azaldır. Həm də evdə xəstəxana içi infeksiyalara yoluxma riskini azaldır.

Eyni zamanda, ev şəraitində xəstənin yaxşılaşdırılmağa çalışılması xəstəyə psixoloji cəhətdən də faydalıdır. Yaşlılara xidmət isə sağlam yaşlıların qulluğuna yönəlik xronik xəstəlikləri olan yaşlılara baxım, reablitasiya və müalicə əsaslı qulluq olmaqla bir neçə alt qrupa bölünür. 

Bütün bunlarla birlikdə tibbi turizmin yeni bir forması formalaşır. Bu da yeni iş imkanları axtaran şəxslər üçün yeni bir fürsət deməkdir.

Qocalmadan yaşlanmaq üçün aşağıdakı məsləhətlərimizə diqqət etmənizi istərdik

Hər gün az da olsa idmanla məşğul olmaq, ya da təmiz havada yürüş etmək. Bol su içmək, duzlu,şəkərli qidalara diqqət etmək, yağlı qidalardan uzaq durmaq, hər zaman xəyal qurmaq və hədəflər müəyyənləşdirmək və onlara doğru irəliləmək, günümüzün texnoloji və tibbi bilgilərini əldə etmək, hər gün yeni bir şeylər öyrənmək, stresdən qurtulmaq bacarıqlarına yiyələnmək lazımdır. Onu da unutmayaq ki, insan hər yaşda sevgi dolu olmalıdır.

Yazımın sonunda bu məqaləyə öz tövsiyələrini verdiyinə görə, doktor Genco Çetinkanata dəstəyinə görə isə Sevinc Elif Şenə təşəkkür edirəm.