Qohumunun arvadının yataq otağına girənə hökm oxundu

qohumunun-arvadinin-yataq-otagina-girene-hokm-oxundu
Oxunma sayı: 764

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunun yataq otağından qızıl oğurlamaq istəyən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə S.Həmidovun ittiham olunduğu Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə bu il mart ayında baş verib. İşsiz olan S.Həmidovu qohumu və qonşusu Habil Sultanov evinə qonaq çağırıb. Gecə qohumugildə qalan S.Həmidov içkili halda H.Sultanovun arvadının yataq otağına girib. Otaqdan qızıl götürmək istəyərkən ev sahibinin arvadı Sahibə Mirzəyeva oyanıb.

S.Həmidov Sahibənin ağzını tutaraq səs salarsa, onu və uşaqlarını öldürəcəyini deyib. Bundan sonra Habil Sultanov oyanıb, S.Həmidov qaçaraq evdən çıxıb.

Murad Əhməd