Qubada qonur ayını ovlayanlara cinayət işi açıldı

Qubada qonur ayını ovlayanlara cinayət işi açıldı
Oxunma sayı: 1101

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qanunsuz olaraq qonur ayının ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla oktyabrın 28-də Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz olaraq ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ov etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması aidiyyəti üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi