"Putin də mənim həbsimi istəyir"

quotputin-de-menim-hebsimi-isteyirquot
Oxunma sayı: 2544


“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, Saakaşvili ittiham olunanlar kürsüsündə əyləşəcəyinə şübhə etdiyini və onu tarixin mühakimə edəcəyini qeyd edib:

“Görərik, kim kimi tutdurur. Mən İvanişvilinin zebri, yaxud hansısa ev heyvanı deyiləm ki, o məni tutsun və qəfəsə salsın. Biri var onun arzusu, ikincisi isə reallıqda nə olacaq. Gürcü xalqı hər şeyi öz yerinə qoyacaq. Mənə gəlincə isə, məni tarix mühakimə edəcək, zooparkın hansısa direktoru yox”.

Prezidentin sözlərinə görə, onun həbsini həmçinin Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev də istəyir:

“Putin dəfələrlə deyib ki, məni ölü görmək istəyir.  Medvedev və Putin bildiriblər ki, alternativ kimi Saakaşvilini kiminsə həbs etməsinə şad olardılar. Bu belədir, çünki nə qədər ki, mən sağ və azadam Putin heç vaxt postsovet məkanında mövqeyini bərpa edə bilməyəcək”. 

Xatırladaq ki, baş nazir Bidzina İvanişvili Bloomberg nəşrinə müsahibəsində hər kəsin qanun qarşıısnda bərabər olduğunu və Saakaşvilinin də korrupsiya faktı ilə bağlı məhkəmə qarşısına çıxacağını istisna etmədiyini bildirib.