Quran erməni dilində- - Foto

quran-ermeni-dilinde-
Oxunma sayı: 1546


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, tərcümə Türkiyənin Ankara Universitetinin erməni şöbəsinin aspirantı Yavuz Aydının təşəbbüsü ilə gerçəkləşdirilib. Kitabın redaktoru İstanbulda çıxan “Akos” qəzetinin əlaqələndiricisi Baqrat Estukyandır.

Yavuz Aydın bildirib ki, tərcümənin məqsədi ermənilərə Qurani Kərimin gözəlliyini, kitabda təqdim edilmiş tolerantlığı və sülh çağırışını onların öz dilində təqdim etməkdir. Quran və onun şərhi birlikdə 2500 səhifəlik 10 cilddən ibarətdir. 

Lakin bununla belə, erməni millətçiləri kitabın tərcüməsindən çox narahat olublar. Özünü Andranik Ozanyan adlandıran, əslən Xankəndidən olan sosial şəbəkə istifadəçisi buna kəskin etiraz edib və tərcümədə məqsədin ermənilər arasında İslamı yaymağın olduğunu bildirib.