Qurban Qurbanov “Arsenal”a məğlubiyyəti şərh etdi

qurban-qurbanov-arsenala-meglubiyyeti-serh-etdi
Oxunma sayı: 2372

“Qarabağ”ın Avropa Liqasında qrup mərhələsinin son turunda “Arsenal”a 0:1 hesablı məğlubiyyətindən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyun barədə fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov futbolçularından razı qaldığını bildirib və onlara təşəkkür edib:

““Arsenal” qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, “Qarabağ” və “Sportinq” güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə “Arsenal”ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gündə onlar “Arsenal”ın gələcəyinin güclü olduğunu göstərdilər”.