Qurban Qurbanov bu göstəricidə Avroliqanın lideridir

qurban-qurbanov-bu-gostericide-avroliqanin-lideridir
Oxunma sayı: 3361

Futbol üzrə Avropa Liqasında çıxış edəcək klubların baş məşqçiləri ilə bağlı maraqlı statistika açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, söhbət çalışdırdığı komandaya ən sadiq məşqçilərdən gedir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən siyahıda hamıdan öndə qərarlaşıb.

Belə ki, o, Avroliqa iştirakçılarının baş məşqçiləri arasında hazırkı vəzifəsində ən uzun müddət qalan mütəxəssisdi. Qurbanov “Qarabağ”ı 2008-ci ildən çalışdırır.

2013-cü ildən Danimarkanın “Kopenhagen” klubuna rəhbərlik edən norveçli Stale Solbakken isə bu göstəricidə ikincidi.

Xatırladaq ki, Qurban Qurbanov 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən komandaların baş məşqçiləri arasında da bu göstəricidə lider idi.