Qus Hiddinq “Anji” ilə müqavilə bağladı

qus-hiddinq-anji-ile-muqavile-bagladi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, holland məşqçinin qərargahına Ton du Şatenye və Jeliko Petroviç daxil olacaq. Dünən Moskvaya klubla danışıqlar aparmaq üçün gələn Hiddinq razılaşmanı qəbul edib. Hazırda Mahaçkala klubu Türkiyədə məşq prosesindədir.

“Anji” öz baş məşqçisindən fevralın 13-də məhrum olmuşdu. The Daily Telegraph qəzeti baş məşqçinin maaşının ildə 8.3 milyon funt sterlinq (10 mln. avro) olduğunu yazıb.

“Anji” komandası 2012-ci ildə özünün ilk rəsmi oyununu martın 5-də keçirəcək.

Səidə