Qusarda 29 yaşlı kişi intihar edib

qusarda-29-yasli-kisi-intihar-edib
Oxunma sayı: 1161

Qusarda intihar hadisəsi olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Kalanxur kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiloviç özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb. Onun psixi problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.