Qusarda qadın özünü yandırdı

qusarda-qadin-ozunu-yandirdi
Oxunma sayı: 681

Qusar rayonunun Urva kəndində 29 yaşlı qadın dəhşətli şəkildə intihar edib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 1983-cü il təvəllüdlü Aygün Yunusova özünü yandırıb. Qadın ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Verilən məlumata görə, Aygün Yunusova Sumqayıtda qeydiyyatdadır. Qusara həyat yoldaşı ilə birlikdə gəlib.
Onun intihar etməsinin dəqiq səbəbləri bilinmir. Lakin onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.