“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa
Oxunma sayı: 215

Ötən gün təqdim olunan “Xənnas” filminin qalasına qatılan tanınmışlar geyimləri ilə yadda qalıb. “Qafqazinfo” xəbər verir ki, onlar diqqət çəkmək üçün əllərindən gələni etsələr də, bu, heç də hamısında uğurlu alınmayıb.

Gecənin ən zövqsüzü elə qalanın aparıcısıdır desək, yanılmarıq. Fizzə İsmayılovanın  uzun “quyruq”lu və  qızılı rəngli libası nəinki onu izləyənləri, çox güman ki, aparıcının özünü də xeyli yorub. Belə ki, tədbir boyu Fizzə hərəkət etməkdə çətinlik çəkib. 

Aktrisa Cəmilə Tağızadə isə görünür ki, yazın gəlişindən xəbərsizdir, yoxsa “Qar kraliçası” obrazı ilə qala gecəsinə qatılmazdı. Cəmilə dəbli görünmək istəsə də, makiyajı və saç aksessuarı ilə işləri korlayıb. 

“Don Marleone” filmi ilə ulduzu parlayan Natavan Əfəndiyeva gözəl görünsə də, qala gecəsinə gəldiyini unudub. Təqdimata sadə geyimlə gəlsə də, cazibədarlığı onu xilas edə bilib.

Aktrisa Xumar Səlimova isə “parik”ə bənzəyən saçları istisna olmaqla, baxımlı görünüb. Onun geyindiyi dəri don qüsursuz bədənini ortaya çıxarıb. Ancaq aktrisanın kiçik sinəsi dekoltesinin haqqını verməyib. 

Sevinc Əliyeva isə ümumi olaraq qənaətbəxş görünsə də, geyimi qala formatına uyğun deyil. Filmin baş qəhrəmanlarından biri olan Zarina Qurbanova görünür, qırmızı geyimdən istifadə etməklə diqqət çəkmək istəyib. Balacaboylu aktrisanı platforma ayaqqabısı belə xilas edə bilməyib.  Belə ki, donun ətəyinin uzunluğu görüntüsünə xələl gətirib. Ümumilikdə, qırmızı rəng gözəl aktrisaya çox yaraşıb. 

Gənc aktrisa Ülfət Bəşiri gecənin ən zövqlülərindən hesab etmək olar. O, istər makiyajı, istərsə də, geyimi ilə seçilməyi bacarıb.  Lakin, libas “balıq ətli” xanımının çəkisini bir qədər artıq göstərib.  

Filmin digər baş qəhrəmanı Nərgiz Əliyevanın geyimi ona yaraşsa da, ağ-qaranın vəhdətindən yaranan paltarın modelini köhnə dəbli hesab etmək olar. 

Gecənin əsas qəhrəmanı Pərvin Abıyevanın yaşıl rəngli donu aktrisaya çox yaraşıb. Pərvin təqdimatda o qədər həyəcanlı olub ki, səhnəyə belə əl çantasıyla çıxıb.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi