Ramil Səfərova görə şükür namazı qılındı

ramil-seferova-gore-sukur-namazi-qilindi
Oxunma sayı: 656

Bu barədə “Qafqazinfo”ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən dini icmalar Ramil Səfərovla bağlı qətiyyətli, müdrik və cəsarətli addımına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq teleqramları göndəriblər. Dini icma üzvləri və ayrı-ayrı dindarlar Ramil Səfərovun ailəsinə də çoxsaylı teleqramlar ünvanlayaraq, gözaydınlığı veriblər.

Eyni zamanda, azərbaycanlı zabitin vətənə qaytarılması münasibətilə ölkədəki müxtəlif məscidlərdə və dini icmalarda dindarların iştirakı ilə xüsusi söhbətlər təşkil olunub, şükür namazları qılınıb və birgə dualar oxunub.