Ramil Usubov qırmızı lenti kəsdi

ramil-usubov-qirmizi-lenti-kesdi
Oxunma sayı: 641

“Qafqazinfo”nun DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Daxili işlər naziri təntənəli açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin mayında başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2500 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 60 xidməti otaq və akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb, foyedə Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub.