Ramin Hacılının evi yandı - Fotolar

ramin-hacilinin-evi-yandi
Oxunma sayı: 789

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının evi yanıb.  

Hadisə barədə “Qafqazinfo”ya danışan R. Hacılı bildirib ki, ev ərazi olaraq bahalı torpaq sahələrinin olduğu yerdə, yəni 8-ci kilometr bazarının yaxınlığında yerləşirdi: “Düşünürəm ki, bu, bir təxribatdır, fürsətcil adamlar bunu edib. Çünki ev köhnə olsa da, illərdir bütün hava şəraitinə rəğmən ona heç nə olmamışdı. Evi bizdən ala bilmirdilər. İcra hakimiyyəti məsələni nəzarətə götürüb. Fövqəladə  Hallar Nazirliyinə də müraciət etmişəm. Ancaq real araşdırmalar hələ ki, aparılmır”.

R. Hacılı qeyd edib ki, 1995- ci ildən məcburi köçkün ailəsi olaraq həmin evdə yaşayıblar: “Ev vaqondan və onun qarşısında tikilmiş taxta evdən ibarət idi. Mən ailə həyatı qurandan sonra şəraitsizlik səbəbi ilə orada yaşamadım. Anam isti havalarda orada qalırdı.

Yanğın baş verən gecə isə anam evdə olmayıb. FHN  hadisə yerinə gəlib, ancaq  çatanda hər şey yanıbmış. Sadəcə vaqonun bir dəmir otağı qalıbmış”.

Günel Türksoy