Ramiz Məmmədov: “Bu, şayiədən başqa bir şey deyil”

ramiz-memmedov-bu-sayieden-basqa-bir-sey-deyil
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A kateqoriyalı baş məşqçinin Yevlax təmsilçisinin “sükanı arxasına keçəcəyi” haqda xəbərlər dolaşır.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Məmmədov yayılan xəbərləri təkzib edib: “Hər deyilən xəbərə inanmaq lazım deyil. Doğrudur, “Karvan” – “Neftçala” oyununu izləmişəm. Lakin bunda başqa səbəb axtarmayın. “Karvan”dan mənə heç bir təklif gəlməyib. Bu, şayiədən başqa bir şey deyil. Əgər təflif gələrsə, bu haqda o zaman düşünərik”.

Qeyd edək ki, Zakir Mahmudovun “Xəzər Lənkəran”a gedişindən sonra “Karvan”da baş məşqçi funksiyası Kənan Kərimova tapşırılıb.

Ceyhun Əhmədov