Reper klip çəkilişində təyyarədən yıxılıb öldü

reper-klip-cekilisinde-teyyareden-yixilib-oldu
Oxunma sayı: 3337

Kanadalı reper Con Ceyms Makmürrey klip çəkilişi zamanı təyyarədən yıxılaraq ölüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Okanaqana gölü yaxınlığında baş verib.

Ekstremal tryukları ilə tanınan 34 yaşlı Con klip çəkilişində uçuş zamanı “Cessna”nın qanadına çıxaraq tullanmalı imiş. Ancaq reperin cəhdi uğursuz olub.

Belə ki, Con paraşütü açmaqda gecikib və yerə çırpılıb.