Rəqqasə və prodüser işbirliyi bitdi

reqqase-ve-produser-isbirliyi-bitdi
Oxunma sayı: 1167


 Bunu “Qafqazinfo”ya açıqlamasıda prodüser T.Səmədova deyib. O, işlərinin çox olmasını söyləyərək, rəqqasə ilə işlərini dayandırdığını bildirib: “Bizim Fatimə ilə işimizdən əlavə dostluğumuz var. İşlərimin çox olmasından dolayı iş birliyimizə yekun vurmaq qərarına gəldik. Çünki mən bir neçə müğənni ilə işləyirəm. Amma bir dost kimi ona işlərində hər zaman yardımçı olmağa hazıram. Ona da işlərində uğurlar arzu edirəm”.

Onu da xatırladaq ki, müğənni Fəqan Səfərovlada iş birliyinə son qoyan prodüser Təranə Səmədovanın hal-hazırda müğənni Nəsimi Məmmədov, “Sharm” qrupu və bir neçə gün olar ki, gənc müğənni Lamiyə Novruzova ilə çalışır.