Rəqsanə ana olmağa hazırlaşır - Bu dəfə əkizləri olacaq

reqsane-ana-olmaga-hazirlasir
Oxunma sayı: 5061

Müğənni Rəqsanə İsmayılova ana olmağa hazırlaşır. 

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu barədə “Zaurla Günaydın” verilişində deyib. 

O dekabrda əkiz uşaq anası olacağını, körpələrinin adını da müəyyənləşdirdiyini söyləyib.

Qeyd edək ki, R. İsmayılova iki dəfə rəsmi nikahda olub. Onun hər evlilikdən bir qız övladı var.