Rəqsanə qocalar üçün konsert verəcək

reqsane-qocalar-ucun-konsert-verecek
Oxunma sayı: 813


“Qafqazinfo”ya açıqlamasında yaradıcılıq planlarından danışan ifaçı bu dəfə iki konsert proqramı ilə çıxış edəcəyini bildirib:

“Ramazan bayramında kimsəsiz qocalar üçün konsert verəcəm. Bu ən böyük arzularımdan biridir. Daha sonra milli qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədova həsr olunan konsert proqramı ilə şəhidlərimizin doğulduğu rayonda səhnəyə çıxmaq istəyirəm. Konsertin vaxtı dəqiqləşməyib. Lakin onların valideynlərini az da olsa, sevindirmək istəyirəm. İlham və Fərizənin valideynlərinin sözlərindən sonra bir daha əmin oldum ki, onlar üçün atdığımız kiçik bir addım çox məna kəsb edir”. 

Könül