Rəşad Abdullayev millidən kənarlaşdırıldı

resad-abdullayev-milliden-kenarlasdirildi
Oxunma sayı: 647

Millinin toplanışına dəvət olunmuş 2 futbolçu hazırlıq prosesində iştirak etməyəcək. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İngiltərə yığması ilə qarşılaşacağını nəzərə alan millinin baş məşqçisi Berti Foqtsun razılığına əsasən, Araz Abdullayev U-21-in təlim-məşq toplanışına yollanıb.

“Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev isə yığmanın baş məşqçisi B.Foqtsa milli komandanın təlim-məşq toplanışında iştirak etmək istəmədiyini bildirib. Bunu nəzərə alan baş məşqçi futbolçunun millinin heyətindən kənarlaşdırılması ilə bağlı qərar verib.

Millinin təlim-məşq toplanışında üzrlü səbəb olmadan iştirakdan imtina etmiş R.Abdullayevin məsələsi
“Oyunçuların statusu və transferi haqqında Əsasnamə”yə uyğun olaraq, AFFA-nın İntizam Komitəsində müzakirə olunacaq.