Rəşad da gedir?

resad-da-gedir
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, türklərin bu dəfə ki hədəfi türk futboluna yaxından bələd olan milli futbolçumuz Rəşad Sadıqovdur. Gələn mövsüm yenidən “Türkiyə Super Liqasi”nda çıxış etmək istəyən “Dənizlispor” klubu heyətini gücləndirməklə məşğuldur. Elvin Məmmədovun ardından Rəşad Sadıqovla yaxından maraqlanan türkiyəli menecerlər futbolçularımızı heyətlərində görmək istəyirlər.

Qeyd edək ki, Rəşad Sadiqov buna qədər Türkiyənin “Kocaelispor”, “Kaysərispor” və “Eskişəhirspor” klubunun formalarını geyinib.