Rəşad sabah oynayacaq?

resad-sabah-oynayacaq
Oxunma sayı: 650

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda zədələnən “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun son durumu məlum olub.

"Qafqazinfo" Qol.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi məşqlərə başlasa da, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah “Şerif”lə keçiriləcək oyunu buraxacaq.

O, bir həftə sonra keçiriləcək cavab oyununda meydana çıxa bilər.

Xatırladaq ki, "Samtredia" ilə oyunun 30-cu dəqiqəsində ayağında ağrı yaranan Rəşad meydanı tərk etməli olub. Onu komandanın yeni transferi Yakub Jezniçak əvəzləyib. Polşalı futbolçu həm "Samtredia" ilə cavab matçında da meydanda olub və özünü yaxşı tərəfdən göstərib.