Reynaldo zədələndi

reynaldo-zedelendi
Oxunma sayı: 1459

“Qarabağ”ış fasiləsində heyətə qaytardığı Reynaldo Silva problemlə üzləşib. “Qafqazinfo” xəbər verir ki, 30 yaşlı hücumçu Antalya toplanışında dizindən zədələnib

Nəticədə Reynaldo məşqlərdə iştirak edə bilmir. Onun hazırlıqdan nə qədər kənarda qalacağı hələ bilinmir. Ancaq Silvanın zədəsi ciddi deyil və məşqçilər ona dincəlməyi tövsiyə ediblər.

Qeyd edək ki, Reynaldo "Qarabağ"a 2 illik fasilədən sonra dönüb.