Robot və dronlara rekord məbləğdə pul xərclənəcək

robot-ve-dronlara-rekord-meblegde-pul-xerclenecek
Oxunma sayı: 928

“IDC” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, gələn il robot texnikası və pilotsuz uçan aparatlar sahəsində həllərə qlobal xərclərin həcmi 115,7 milyard dollara yaxınlaşacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu, cari illə müqayisədə 17,6% yüksək göstəricidir.

Xərclər strukturunda robot texnikasının payı yüksəkdir. Gələn il robot texnikasına xərclər 103,4 milyard dollar təşkil edəcək. Müvafiq olaraq, dronlara xərclərin həcmi 12,3 milyard dollar təşkil edəcək.

Robot texnikası kateqoriyasında xərclərin 66%-i avadanlıq, digər hissəsi isə proqram təminatı və xidmətlərin payına düşəcək.