Robotlar dad və qoxunu hiss edə biləcəklər - Yeni kəşf

robotlar-dad-ve-qoxunu-hiss-ede-bilecekler
Oxunma sayı: 829

London və Lozannada fəaliyyət göstərən və robot texnikası üzərində çalışan “Rewired” studiyası dad və qoxunu rəqəmləşdirmək üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqda razılığa gəlib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Aromyx” şirkəti dad və qoxunu rəqəmləşdirməyə imkan verən texnologiyanın üzərində işləyir.

Şirkət insana məxsus iybilmə sistemi yaradıb. Dad və qoxunun rəqəmli imitasiyası isə mühəndis, bioloq və kimyaçılar üçün problemli məsələ idi. Amma “Aromyx” şirkəti Stenford Universitetinin alimləri ilə əməkdaşlıq çərçivəsində bizim hiss orqanlarımız tərəfindən beyinə göndərilən biokimyəvi siqnalları canlandırmaq və bu siqnalları informativ üsulla ölçməyi aydınlaşdırıb.

“Aromyx” şirkətinin həlli robot texnikası üçün böyük imkanlar açır. “Rewired” studiyasının nümayəndəsi iddia edir ki, sensor imkanlarının təkmilləşdirilməsi növbəti nəsil intellektual robot texnikasının yaradılmasına təkan verəcək.