“Roma”nın baş məşqçisi Əfranın oynamasını sürpriz adlandırıb

romanin-bas-mesqcisi-efranin-oynamasini-surpriz-adlandirib
Oxunma sayı: 2488

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” üzərində qələbə qazanan “Roma”nın baş məşqçisi Eusebio Di Françesko maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, çalışdırıcı Ağdam klubuna qarşı keçirdikləri matçda Əfran İsmayılovun meydana daxil olmasını sürpriz adlandıbı:

“Qarabağ”ın heyətində Əfran İsmayılovun meydana daxil olması sürpriz idi. Bunu gözləmirdik. Məhz onu heyətdə görəndən sonra futbolçu haqqında həmin cinahda çıxış edən Aleksandr Kolarova məlumat verdik. Bildirdik ki, bir az daha diqqətli olmaq lazımdır”.