Ronaldo və Messi mifi bu qollarla dağıldı - Video

ronaldo-ve-messi-mifi-bu-qollarla-dagildi-video
Oxunma sayı: 650

Aprelin 23 və 24-ü alman futbolu öz möhtəşəmliyini bir daha sübut etdi.

“Qafqazinfo” xəbər verir ki, bəlkə də ispanlar “Çempionlar Liqa”sında almanlarla qarşılaşdıqlarına bugünkü qədər peşman olmayıblar. Yarımfinal mərhələsinin ilk günündə Messi, ikinci günündə isə Ronaldo mifi dağıldı.

Artıq Avropa futbolunun həvəslə pərəstiş edəcəyi ad Robert Levandovski erası başlayır. Doğrudur, bu arada Tomas Müllerin, Mariyo Qomezin, Frank Riberinin , Aryen Robbenin, Mariyo Götzenin, Marko Roysun, İlkay Gündoğanın haqqlarını əlindən almaq ən azından günah olar. Belə görünür ki, “Real” Madrdidin yubiley, yeni 10-cu dəfə, “Barselona”nın isə 5-ci dəfə “Çempionlar Liqa”sının qalibi adını qazanması istəkləri puç olur. Ancaq hər şey ola bilər “Barsa” öz meydanında “Bavariyanın qapısından ən azı 4 cavasız qol, “Real” isə “Bernabeo”da “Borusiya”nın qapısından 3 cavabsız qol keçirə bilər. Lakin təbii ki, bunlar hamısı ehtimaldır yeganə həqiqi, real olan bir fakt var ki, “Real Madrid” “Borusiya”ya 4-1, Barselona”da “Bavariya”ya 4-0 hesabı ilə məğlub oldu.

Bəzən elə təkrar anlar olur ki, bir şeyə 5-6 dəfə baxdıqda,insana ilk dəfə yaşadığı zövqü verir. Bu zövqü yenidən yaşayanlar üçün həmin görüntüləri bir də təqdim edirik

İqbal