Rövnəq Abdullayev açılışda iştirak etdi

rovneq-abdullayev-acilisda-istirak-etdi
Oxunma sayı: 669

“Qafqazinfo”nun socar.az saytına istinadən məlumatına görə, bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev Siyəzən rayonunda “SOCAR” brendi altında fəaliyyət göstərəcək 2 yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimində iştirak edib.

Bakı-Quba şosesinin 88-ci kilometrində, rayonun Zarat kəndi ərazisində yeni inşa edilmiş 15 və 16 saylı yanacaqdoldurma məntəqələrinin rəmzi qırmızı lentini kəsdikdən sonra “SOCAR-Petroleum” şirkətinin əməkdaşlarını bu münasibətlə təbrik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev məntəqədə yaradılmış şəraitlə tanış olub.

ARDNŞ prezidentinə məlumat verilib ki, yolun sağ və sol tərəfində yerləşən yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi ilə ölkə ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 16-ya çatdırılmışdır.

Qeyd olunub ki, yeni məntəqələrdə kafe, market, avtoservis, avtoyuma və digər xidmətlərdən istifadə etmək mümkün olacaq.