Rövnəq Abdullayev namaz qılanları işdən çıxardı

rovneq-abdullayev-namaz-qilanlari-isden-cixardi
Oxunma sayı: 11239

“Qafqazinfo” İslamazeri.az saytına istinadən xəbər verir ki, onların sayı 15 nəfərdir. Digər gündəlik dini ibadətlərini yerinə yetirənləri də eyni aqibət gözlədiyi açıqlanıb. 

Belə ki, dünən günorta namazının camaat halında qılınmasından sonra SOCAR-ın yüksək vəzifəli işçiləri 15 nəfərin iş kartını əlindən alıb və işdən çıxarılmalarını bildirib. Məlumata görə, bu hadisə namazdan dərhal sonra baş verib.

Artıq baş verənlərlə bağlı İslam Həmdəmov və Elşən Məmmədov adlı işçilər İslamazeri.az saytına açıqlama verərək faktı təsdiqləyiblər. 

Olayla bağlı “Tekfen” şirkətinin  türkiyəli əməkdaşı Hüseyn adlı şəxs FaktXeber.com-a açıqlama verərək kiminsə namaz qıldığına görə işdən çıxarılmasının düzgün olmadığını söyləyib: “Məgər insanları namaz qıldıqlarına görə işdənmi çıxarmaq olar? Biz heç kəsi namaza görə işdən uzaqlaşdırmamışıq. Yayılan məlumatlar həqiqəti əks etdirmir.” 

Xatırladaq ki, Hüseyn bəydən hansı vəzifə daşıdığına dair sual verməyimizə baxmayaraq bu barədə məlumat verməkdən imtina etdi.