Rövşən Lənkəranskinin sağ əli tutuldu

rovsen-lenkeranskinin-sag-eli-tutuldu
Oxunma sayı: 2793


“Qafqazinfo” AnsPress-ə istinadən xəbər verir ki, Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilənlər arasında azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan Merab Canqveladze də var. Macarıstanda həbs edilən gürcü “qanuni oğru” M.Canqveladze “Lənkəranski” ilə ən yaxın müttəfiq və Aslan Usoyan “Ded Xasan”) klanını qatı düşmənlərindən idi. Onun həbs “Lənkəranski” nin faktiki təklənməsi deməkdir...

Kriminal aləmin ən odioz fiqurlarından olan Merab Canqveladze (Suxumski) haqda məlumatlar çox azdır. Suxumski haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı “YouTube” də olan qısa videodan anlamaq mümkündür. “Merab Suxumskidən master-klass” başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı adı ilə bağlı verdiyi suallar cavabsız qalır. “Master-klass” “oğru dünyası” nda “görməmişəm, eşitməmişəm, bilmirəm” sözlərini ehtiva edir.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınır. Merabın kiçik qardaşı Levanın adı Azərbaycanın kriminal xəbərlərini təqib edənlərə yaşı tanışdır. 2012-ci ilin yayında onun Dubayda hələ də təfərrüatı tam bilinməyən “razborka”da Rövşən Canıyevi (“Lənkəranski”) bıçaqladığı deyilir. Bu xəbər Rusiya və Azərbaycanda geniş maraq doğursa da, Canıyev tərəfdarları belə hadisənin baş vermədiyini iddia edirlər. Merabın bəzi gənc “qanuni oğru” lar kimi reklamı sevmədiyi məlumdur. Məhz bu səbəbdən Rusiyadakı “gürcü kriminalitetinin generalı” statusunda olan Merab publikanı sevmir. Onun harada yaşadığından bəzən heç xüsusi xidmət orqanlarının da xəbəri olmur. Deyilənə görə, o, ümumiyyətlə Moskvada yalnız təsadüfi hallarda gecələyirmiş.