Ruhanilər Əhmədinejata qarşı birləşdi

ruhaniler-ehmedinejata-qarsi-birlesdi
Oxunma sayı: 638

“Media forum” saytının məlumatına görə, xalqın bahalıqdan əziyyət çəkdiyini vurğulayan axund Məkarim Şirazi İran prezidenti Mahmud Əhmədinejadı iqtisadi məsələlərdə təkbaşına qərarlar qəbul etməkdə günahlandırıb: “Bahalıq məsələsi, eləcə də digər iqtisadi və məişət problemləri xalqa təzyiqin gündən-günə artmasına səbəb olub. Ölkədəki vəziyyət indiki templə davam etsə, vətəndaşlar daha ağır təzyiqlərə məruz qalacaqlar.

Xalqın dözümünün müəyyən həddi var. Elə bilməyin ki, bu vəziyyətə həmişə dözə biləcək. Əgər iqtisadi problemləri həll edə bilməsək, xalqın da hakimiyyətə dəstəyi get-gedə azala, belə olan halda da ciddi problemlər ortaya çıxa bilər. Eşitdiyimə görə, ölkə prezidenti bir sıra iqtisadi məsələlərdə təkbaşına qərarlar qəbul edir. Bu isə düzgün deyil və belə olmamalıdır”.