“Rus-Erməni Birliyi”ndən Əkrəm Əylisliyə dəstək

rus-ermeni-birliyinden-ekrem-eylisliye-destek
Oxunma sayı: 646

ANS PRESS-in "YERKRAMAS" Rusiya ermənilərinin saytına istinadən verdiyi məlumata görə, dünən Moskvada keçirilən Dağlıq Qarabağ separatçı hərəkatının 25 illiyinə həsr olunmuş tədbirdə “Rus-Erməni Birliyi” təşkilatının prezidenti Yuri Navoyan bəyan edib.

Onun sözlərinə görə, “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylislinin bütün ermənilərin rəğbətinin qazandığını və onunla həmrəy olduqlarını ifadə ediblər. Ermənilər Əkrəm Əylislini hər zaman dəstəkləyəcəklərini qeyd ediblər.

"Rus-Erməni Birliyi"nin prezidenti Yuri Navoyana Əkrəm Əylislini müdafiə edib: "Yazçının yeganə günahı "Daş yuxular" əsərində azərbaycanlı və ermənilərin bir-birilə sülh içində yaşa bilərlər və yaşamalıdırlar həqiqətini açıqlamasıdır".