Rusiya Ermənistana növbəti hərbi kredit ayırır - Bu dəfə 100 milyonluq

rusiya-ermenistana-novbeti-herbi-kredit-ayirir
Oxunma sayı: 1495

Rusiya Ermənistana 100 milyon dollar məbləğində növbəti kredit ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonayan məlumat verib:

“Hazırda yeni hərbi kreditin bağlanması prosesi gedir. Mənim söhbətin hansı silah növlərindən getdiyini demək hüququm yoxdur. Zamanında hər kəs bunu biləcək”. 

Qeyd edək ki, İrəvan artıq Rusiyadan müasir silah və hərbi texnika almaq üçün 2 dəfə kredit alıb. İlkin 200 milyon dollarlıq silah təchizatı artıq başa çatıb.