Rusiya ilə Hollandiya arasında münasibət gərginləşdi - Nota verildi

rusiya-ile-hollandiya-arasinda-munasibet-gerginlesdi
Oxunma sayı: 2117

Rusiyanın Xarici İşlər Nazirliyi kiberhücum iddialarıyla bağlı Hollandiyanın Moskvadakı səfiri Rene Cons-Bosa nota verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, Rusiya XİN-in bəyanatında Hollandiyanın ittihamlarının Kimyəvi Silahlar Sözləşməsi və BMT qətnamələrini pozan təxribat olduğu bildirilib. 

Xatırladaq ki, Hollandiya Müdafiə Nazirliyi oktyabrın 4-də Kimyəvi Silahlatı Qadağan edən Təşkilata (OPCW) kiberhücumda şübhəli bildiyi Rusiyanın 4 vətəndaşını deportasiya edib. Hollandiya onların Rusiya Xüsusi Xidmət Orqanlarının əməkdaşı olduqlarını iddia edib.