Rusiya Tartusu 49 illik icarəyə götürür

rusiya-tartusu-49-illik-icareye-goturur
Oxunma sayı: 2678

Rusiya Suriyanın Tartus dəniz limanını 49 illik icarəyə götürəcək.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Yuri Borisov Vladimir Putinin Bəşər Əsədlə görüşünün nəticəsini şərh edərkən bildirib. O deyib ki, növbəti həftə bununla bağlı müqavilə imzalanacaq. Tartus Rusiya biznesinin istismarına veriləcək. Bununla bağlı qərar hələ 2018-ci ilin dekabrında qəbul olunub.

Xatırladaq ki, 2017-ci ildə Rusiya ilə Suriya arasında Tartusda 49 il ərzində Rusiya Hərbi Dəniz Donanmasının lojistik stansiyasının yerləşdirilməsi barədə razılaşma əldə etmişdilər.