Rusiyada ağır qəza - 7 ölü, 21 yaralı

rusiyada-agir-qeza
Oxunma sayı: 1826

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Yaroslavl vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Yaroslavl-İvanovo yolunda baş verən qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.