Rusiyada ağır yol qəzası - 1 ölü, 32 yaralı + Video +Yenilənib

rusiyada-agir-yol-qezasi
Oxunma sayı: 2111

Rusiyanın Perm şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sərnişin avtobusu mağaza divarına çırpılıb. Nəticədə avtobusdakı sərnişinlərdən 1-i ölüb, 20-si yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Qəzaya avtobusun təkərinin partlaması səbəb olub.  

***

Qəzada yaralananların sayı artaraq 32 nəfər olub. Onlardan 10-u uşaqdır. Nəqliyyat vasitəsində isə ümumilikdə 59 sərnişin olub.