Rusiyada silah anbarları yanır

rusiyada-silah-anbarlari-yanir
Oxunma sayı: 636

Bu səbəbdən adıçəkilən vilayətlərin 300-ə yaxın sakini evakuasiya edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mərkəzinin məlumatına görə, yanğın və partlayış nəticəsində üç nəfər xəsarət alıb. Hazırda bölgədə fövqəladə vəziyyət elan edilib.

Rusiya Müdafiə Nazirliyi partlayışların baş verdiyi anbarlarda 12 min tondan çox silah-sursatın olduğunu bildirib. Yanğınla mübarizə üçün Moskvadan da Fövqəladə Hallar Nazirliyinin iki təyyarəsi göndərilib. Mütəxəssislər yanğının qarşısını bu gün ala biləcəklərini qeyd edirlər.

anspress