Ruslan Bəşirli siyasi məhbusun azad olunmasından danışdı

ruslan-besirli-siyasi-mehbusun-azad-olunmasindan-danisdi
Oxunma sayı: 653

“Qafqazinfo”ya bununla bağlı açıqlama verən R.Bəşirli hesab edir ki, Arif Aşırlı və bu yaxınlarda azad olunacağı deyilən Elnur Məcidli ilə yanaşı digər vicdan məhbuslarının da həbsdən çıxarılması ölkə imicinə müsbət təsir göstərə bilər: “Mən bunu gözəl tendensiya hesab edirəm. Bunu həm “Avroviziya” müsabiqəsi öncəsi, həm də cəmiyyətdə olan gərginliyi azaltmaq üçün atılan müsbət addım kimi dəyərləndirirəm. Biz neqativ, pis hadisələr baş verəndə necə tənqid ediriksə, müsbət hadisələri də təqdir edirik. Hesab edirəm ki, hakimiyyət “Avroviziya” öncəsi digər vicdan məhbuslarının da azadlığa buraxılması ilə bağlı düşünməlidir”.

Ruslan Bəşirli Arif Alışlının məhkəmə qərarı iə buraxılmasını müsbət hal kimi dəyərləndirib: “Onun məhkəmə qərarı ilə buraxılması məhkəmələrə insanların inamını formalaşdıra bilər”.