Saakaşvili Kaydanovla erməni-türk münasibətləri haqqında nə danışıb? - “WikiLeaks”

Saakaşvili Kaydanovla erməni-türk münasibətləri haqqında nə danışıb? -<font color=red> “WikiLeaks”</font>
Oxunma sayı: 146

Sənəddə Saakaşvili və ABŞ-ın dövlət katibinin köməkçisinin müavini Tina Kaydanovun danışıqlarının detalları verilib. Görüş zamanı Saakaşvili Kaydanova türk-erməni yaxınlaşmasına müsbət addım kimi yanaşdığını və son dövrlərin hadisələrinin Ermənistanı Rusiyanın təsir sahəsindən çıxmağa yardım edəcəyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin qısamüddətli qorxularının olmasına baxmayaraq, onların uzunmüddətli perspektivdə münasibətlərin yaxşılaşmasında inkişaf görə biləcəklərini qeyd edib. Kaydanov Saakaşvili ilə razılaşaraq türk-erməni münasibətlərinin qurulmasının Cənubi Qafqaza, xüsusilə regionun iqtisadi inkişafına müsbət əsir göstərə biləcəyini vurğulayıb.

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi